Map Graph

Bakı buxtası

Bakı buxtası və ya Bakı körfəzi — Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasının cənubundadır. Şərqdə Sultan Burnu, cənub-qərbdə Şıx burnu, cənub-şərq və cənubda Qum, Daş Zirə (Vulf), Böyük Zirə (Nargin) adaları ilə əhatə olunmuşdur. Sahəsi 50 km², sahil xəttinin uzunluğu 20 km. Bakı buxtası şimal və şimal qərb küləyindən qorunduğuna görə gəmilərin daldalanması üçün əlverişlidir. Şiddətli küləklər zamanı dalğanın hündürlüyü 1.5 metrə çatır. Axınları zəifdir. Bakı portu buxtanın şimal sahilindədir.

Read article
Fayl:Yacht_club.jpgFayl:Caspian_Sea_relief_location_map.jpgFayl:Reliefkarte_Aserbaidschan_2023.pngFayl:Stamps_of_Azerbaijan,_2004-667.jpgFayl:Stamps_of_Azerbaijan,_2012-1021.jpg